BMT-də Azərbaycana MÜHARİBƏ ELANI, ABŞ və Türkiyənin gizli Qarabağ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ


BMT-də Azərbaycana MÜHARİBƏ ELANI, ABŞ və Türkiyənin gizli Qarabağ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər proqramı açıqlanıb. Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında sərsəm fikirlər səsləndirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır. ABŞ İranı növbəti dəfə təhdid edib. ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini önümüzdəki ay ərzində çıxaracaq. Birləşmiş Ştatlar Rusiyanın nüvə silahını ölkənin təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıda cüdo üzrə dünya çempionatının son mərhələsinə baş çəkəcək və Rusiya idmançıları ilə görüşəcək. Bu haqda Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, yarışda Rusiyanl 30 idmançı təmsil edir: 15 kişi və 15 qadın.

“Prezident yarışlara baş çəkəcək, görünür, bizim idmançılarımızla görüşəcək”, - Uşakov jurnalistlərə deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə bildirb ki, Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq. Rusiya prezidenti Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək.

“Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”, - Kremlin sözçüsü vurğulayıb.

Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib. Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.

“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”, - Paşinyan sərsəmləyib.

İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.

Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.

"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır". Bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Dağlıq Qarabağda sülh münaqişənin həlli bizim xarici siyasət çağırışımızda birinci yerdə dayanır”, - o deyib.

Onun sözlərinə görə, ölkəsi münaqişənin həlli üçün "konstruktiv" fəaliyyəti aparmağa davam edəcək.

"Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur". Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.




Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.

Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu deyir.





ABŞ Avropa Birliyinə imkan verməyəcək ki, İrana qarşı tətbiq edilən sanksiyalardan yayına bilsin. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

“ABŞ İrana qarşı sanksiyalar rejimini aqressiv şəkildə tətbiq edir. Biz Avropaya və ya hər hansı başqa ölkəyə sanksiyalardan yayınmağa imkan verməyəcəyik. ABŞ 4 noyabrda bütün İran neftini alan ölkələrdən idxalı sıfır həddinə çatdırmalarını gözləyir. İran neftinə qarşı sanksiyalarımız 5 noyabrda qüvvəyə minir.

SWIFT kimi maliyyə mübadiləsini həyata keçirən şirkətlər İranla münasibətlərinə yenidən baxmalıdırlar və belə bir riskə getməyə hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. SWIFT bundan öncə İran rejimi ilə əlaqələrini kəsən şirkətlərdən nümunə götürməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, İran SWIFT sistemindən 2012-ci ildən çıxarılıb. Vyanada nüvə müqaviləsinə imza atdıqdan sonra yenidən sistemə geri qaytarılmışdı.

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İrana çox sərt sözlərlə xəbərdarlıq edib.

Nyu-Yorkda keçirilən bir konfransda çıxış edən Con Bolton İranın hazırkı siyasətini dəyişdirməli olduğunu bildirib.

“İran vətəndaşlarımıza, müttəfiqlərimizə və partnyorlarımıza zərər verərsə, qiyamət qopacaq. Bu ölüm saçan rejim və onun tərəfdarları davranışlarını dəyişdirməsə, nəticələrinə hazır olmalıdır. Bugünkü mesajım çox açıqdır, biz sizi izləyirik və arxanızdayıq”, - prezidentin məsləhətçisi deyib.

Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan qaz idxalını dayandırmaq niyyətində deyil. Bunu “Röyter”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Barak Obamanın da dönəmində belə situasiya olub. Əgər biz bunu idxal edə bilməsək, o zaman bizim xalq qışda nə ilə isinəcək? Bu gün qaz ehtiyacımızın 50%-ni Rusiyadan, qalan hissəsini isə Azərbaycan, İran, İraq və bəzən də Əlcəzairdən alırıq”, – deyə o jurnalistin sualını cavablandırarkən deyib.

ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini önümüzdəki ay ərzində çıxaracaq. Bu barədə “The Wall Street Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar çıxarılacaq.

“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot” var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən çıxır”, - deyə nəşr yazıb.

Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.

Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük təhlükə Rusiyanın nüvə silahıdır. Bu haqda Virciniya Hərbi İnstitutunda çıxışında ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

“Əgər xarici təhlükələrə baxsaq, birinci yerdə Rusiyanın nüvə təhdidi, daha sonra isə Çin və Şimali Koreya gəlir. Nüvə təhlükəsi haqqında çox danışmırlar. Amma bu, real təhlükədir və onun öhdəsindən gəlmək üçün tədbirlər görmək lazım olur. Təmkinli olmaq lazımdır, çünki nüvə müharibəsini udmaq mümkün deyil, ona görə də heç bir halda bu müharibəyə başlamaq olmaz”, - Pentaqonun başçısı qeyd edib.

Ömər Dağlı

Tarix: 26-09-2018, 20:53
Xəbəri paylaş





Xəbər lenti