Bu ölkəyə qarşı sanksiyalardan imtina edilməlidir - Lavrov

 Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya və Cənubi Koreyanın birgə layihələrini BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısından çıxarılmasını təklif edib.
Axar.az xəbər verir ki, Lavrov ABŞ və müttəfiqlərini Şimali Koreyaya tətbiq edilən sanksiyalardan imtina etməyə çağırıb.
O qeyd edib ki, Pxenyana tətbiq edilən sanksiyaları mütəmadi olaraq, nəzərdən keçirmək lazımdır:
"BMT Təhlükəsizlik Şurasının qətnamələrində siyasi yolda irəli doğru addım atmaq üçün sanksiyaların nəzərdən keçirilməsinə icazə verilir. Bu ölkəyə qarşı birtərəfli şəkildə tətbiq edilən sanksiyalardan imtina edilməlidir".
Tarix: 28-09-2018, 10:06
Xəbəri paylaş





Xəbər lenti