Tramp TƏSDİQLƏDİ: Putinlə görüş Kerçə görə ləğv olunub


Tramp TƏSDİQLƏDİ: Putinlə görüş Kerçə görə ləğv olunub

ABŞ prezidenti Donald Tramp Kerç boğazında yaranmış vəziyyətin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

Publika.az xəbər verir ki, o, bunu G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Sindzo Abe ilə keçirdiyi görüş zamanı jurnalistlərə deyib.

"Baş verənlər xoşumuza gəlmir. Biz bundan narazıyıq, heç kim bundan razı deyil", - deyə Tramp bildirib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.

Tarix: 1-12-2018, 08:24
Xəbəri paylaş





Xəbər lenti