“Rusiya Ermənistanın yanındadır” – Yevseyev etiraf etdi



“Ermənistan-Azərbaycan münaqişəsində Rusiya Ermənistanın yanındadır”.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı politoloq Vladimir Yevseyev deyib.
O bildirib ki, Ermənistan-Rusiya işbirliyinə adekvat olaraq, Türkiyə və Azərbaycan arasında dərin hərbi əlaqələr mövcuddur.

Yevseyevin sözlərinə görə, Azərbaycan ordusunun Naxçıvan istiqamətində 11 hektar ərazidə möhkəmlənməsi Azərbaycanı Ermənistanın strateji mövqelərinə bir qədər də yaxınlaşdırıb:
“Qənaətimə görə, Naxçıvan istiqamətində münaqişə alovlansa, Türkiyə ordusu sürətli şəkildə səfərbər olaraq, Azərbaycana köməyə gələ bilər.

Lakin Türkiyə-Azərbaycan bloku qarşısında Rusiya-Ermənistan ittifaqı var”.

Tarix: 2-12-2018, 16:56
Xəbəri paylaş





Xəbər lenti