PUTİN PAŞİNYANI NECƏ QORUDU? –Rusiya lideri Nazarbayevə və Lukaşenkoya arxa çevirdi


Elxan Şahinoğlu

(Politoloq)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının KTMT Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistan olmasına etiraz etmişdi.

Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan başı aşağı qayıtmışdı. Çünki, KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, “müdrikcəsinə” susurdu. Bakıda bəzi siyasi mərkəzlər “Putin Paşinyanı sıxışdırır”, “Paşinyan Putinin nəzarətindən çıxıb” və ya “Rusiya Paşinyanı cəzalandıracaq” kimi Azərbaycan cəmiyyətini “rahatladacaq açıqlamalar verilirdi. Putin əksinə, Paşinyanı rahatladı.

Paşinyan Putinlə telefonla danışıb və xahiş edib ki, baş katibin məsələsi təxirə salınmasını xahiş edib. Bu Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki, baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdi. Putin Paşinyanla razılaşıb və baş katib məsələsini təxirə salınıb.

Başqa sözlər Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb. Siz də deyirdiniz ki, “Putinin Paşinyandan zəhləsi gedir və onun dərsini verəcək”. Gördük, necə dərsini verir. Putin qazax və belarus həmkarlarını arxa çevirərək Paşiyana dəstək oldu. KTMT-də baş katib məsələsi qaldı 2019-cu ilə. Paşinyan istəyinə nail oldu.

Tarix: 3-12-2018, 22:08
Xəbəri paylaş





Xəbər lenti