Müharibənin ÜÇ SSENARİSİ, 60 gün SONRA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Azərbaycana gələcək. Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemini genişləndirməsi ilə əlaqədar nüvə güclərinin imkanlarını artırır. ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməsi üçün Rusiyaya 60 gün vaxt verib. Rusiya prezidenti Vladimir Putin ultimatuma cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Azərbaycana gələcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “F-35” qırıcılarının Türkiyəyə çatdırılması mövzusundan danışıb. Brüsseldə keçirilən NATO xarici işlər nazirləri toplantısı çərçivəsində jurnalistlərə danışan nazir hazırda hər hansı problemin olmadığını bildirib.
“ABŞ prezidenti Donald Tramp ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğan G20 sammitində “F-35” mövzusunu müzakirə etdi. Tramp özü mövzunu açdı və Türkiyənin bu layihənin əhəmiyyətli oyunçularından biri olduğunu söylədi. Təyyarələrin Türkiyəyə çatdırılmasının ləğvi müzakirə mövzusu deyil, hazırda bir problem görmürük”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.
Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir. “F-35”-lər çoxmillətli proqram çərçivəsində istehsal edilir. Türkiyə proqrama 2002-ci ildə qoşulub.
İstanbul Respublika Baş prokurorluğu Camal Qaşıqçı cinayəti ilə əlaqədar Əhməd əl-Assiri və Səud Əl-Kahtaninin həbsini tələb edib. Adıçəkilən şəxslər səudiyyəli jurnalistin qətlini planlaşdıranlar arasında olmaqda şübhəli bilinirlər.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.
Rusiya kəşfiyyatı Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edib. Bunu Rusiya Baş Qərargah rəisi Valeri Qerasimov deyib. O, neftin daha çox ABŞ-ın nəzarətində olan bölgələrdən daşındığını bildirib.
Qerasimov bu neftin satışından əldə edilən vəsaitin İŞİD-in maliyyələşməsində istifadə edildiyini deyib. Rus general ABŞ-ın həmçinin müstəqil kürd dövləti yaratmaq istədiyini söyləyib.
Rusiya və ABŞ arasında qlobal qarşıdurma riski ən yaxın bir neçə il ərzində artacaq. Bu haqda Rusiyanın nüfuzlu Xarici və Müdafiə Siyasəti Şurasının araşdırma üzrə direktor müavini Dmitri Suslov “Beynəlxalq təhlükəsizlik 2018: vəziyyət və perspektivlər” konfransında deyib.
Ekspert Moskva və Vaşinqtonun mümkün hərbi toqquşması üçün üç ssenarini təsvir edib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın müqaviləyə ciddi şəkildə əməl etdiyini və Amerika tərəfinin də bunu bildiyini deyib.
Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov ABŞ-ın dövlət katibi Mayk Pompeonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə üzrə Rusiyaya verdiyi ultimatumu şərh edib. Senator bunu ABŞ-ın xüsusi texnologiyası adlandırıb.
“Əgər ABŞ hesab edirsə ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə nəzərdə tutulmayan silaha malik olmalıdır, həmçinin, Rusiya da bunu etməli olacaq”. Bu haqda Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.
Prezident prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırdı ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.
“Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri yekunlaşdırıb.
Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Qerasimov ABŞ və Rusiyanın hərbi büdcələrini müqayisə edib. Qerasimovun sözlərinə görə, son illərdə Rusiya ordusunun maliyyələşdirilməsi 50 milyard dollar səviyyəsində qalır və azalan tendensiyaya malikdir.
“Müqayisə üçün deyək ki, Birləşmiş Ştatların hərbi büdcəsi bundan 14 dəfə çoxdur. 2019-cu ildə ABŞ-ın hərbi büdcəsi 716 milyard dollardan çox təşkil edir, bu dünyanın bütün qalan ölkələrinin hərbi xərclərini ötür”, - o deyib.
Bununla belə, Gerasimov Rusiyanın qızğın silahlanma yarışına cəlb olunmaq istəmədiyini vurğulayıb.
Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemini genişləndirməsi ilə əlaqədar nüvə güclərinin imkanlarını artırır. Bu haqda xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Qerasimov bildirib.
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənglərinə məhəl qoymamasının səbəbini izah edib. Rusiya lideri Poroşenkonun seçki kampaniyasında iştirak etməyi arzulamadığını bildirib.
Dövlət başçısının sözlərinə görə, iş onda deyil ki, o, Poroşenkoyla danışmaq istəmir. Rusiya lideri qeyd edib ki, Ukrayna prezidenti təxribatlar yaradır, məsuliyyəti Moskvanın üzərinə qoyur və yaranmış problemləri özü həll etdiyini göstərməyə çalışır.
“Mən bu kombinasiyalarda iştirak etmək istəmirəm və etməyəcəm”, - Putin vurğulayıb.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Pyotr Poroşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etmək istəsə də, mənfi cavab alıb.
Ömər Dağlı
Tarix: 5-12-2018, 20:22
Xəbəri paylaş





Xəbər lenti