Erməni deputat: “Mina xəritələrini heç bir şərt qoymadan verərdim”



Ovik Aqazaryan: “Bu, humanitar bir məsələdir və güclü bir insanın işidir”
“Ölkə başçısı olsaydım, Qarabağın mina xəritələrini heç bir şərt qoymadan verərdim. Çünki bu, humanitar bir məsələdir və güclü bir insanın işidir”.
AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Parlamentinin hakim fraksiyasından olan deputatı Ovik Aqazaryan deyib: “Amma qarşı tərəf qeyri-adekvat davrandığına görə, Paşinyanın mövqeyini düzgün sayıram. Odur ki, xəritələr verilir və bunun müqabilində “əsirləri” alırıq”.
Tarix: 6-10-2021, 15:45
Xəbəri paylaş





Xəbər lenti