“Anqlosaksonlar Fransaya yerini göstərdi...” - Paris NATO-dan çıxmağı müzakirə edir - TƏHLİL

“Anqlosaksonlar Fransaya yerini göstərdi...” - Paris NATO-dan çıxmağı müzakirə edir - TƏHLİL
 
Avstraliyanın ABŞ-ın xeyrinə fransız hərbi sualtı gəmilərini almaq üçün “əsrin müqaviləsi”ndən imtina etməsindən sonra Fransa ölkənin NATO-dan çıxması ssenarisini nəzərdən keçirməyə başladı. Müzakirələr bu həftə daha da aktivləşdi. Gazeta.ru parisdəkilərin nə qədər qətiyyətli olub-olmadıqlarını aydınlaşdırmağa çalışıb. Moderator.az həmin yazını oxucularına təqdim edir.
 
“Le Figaro” qəzeti “Fransa NATO-nun birgə komandanlığından çıxmalıdırmı?” başlıqlı proqram məqalə dərc edib. Eyni zamanda Fransa parlamentinin üzvü Erik Çiotti ölkənin Şimali Atlantika Alyansından çıxması ilə bağlı məsələ qaldırmağı təklif edib, senat isə keçmiş müdafiə naziri Alen Rişarın başçılığı altında Birləşmiş Ştatlarla “hərbi əlaqələrin azaldıması yolunda imkanların araşdırılmaşı” ilə bağlı “qeyri-rəsmi işçi qrupu” yaradıb. Bundan əvvəl Paris tarixdə ilk dəfə diplomatik missiya rəhbərini Vaşinqtondan geri çağırmışdı.
 
Fransa Avstraliyanın rekord məbləğdə - 66 milyard dollarlıq fransız sualtı gəmilərinin sifarişidən imtina etməsindən sonra belə bir kəskin addım atmağa məcbur olub. Kanberra ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq lehinə müqavilədən birtərəfli şəkildə imtina etdiyini bəyan elədi. ABŞ, Böyük Britaniya və Avstraliya arasında üçtərəfli müdafiə ittifaqının - AUCUS-un yaranması problemi daha da kəskinləşdirdi. Paris ora dəvət olunmamışdı.
 
“Fransanın narazılığı təkcə yeni ittifaqın yaranmasıyla yox, Parislə böyük müqavilədən imtina edilməsi sayəsində fransızların kənarda qalmasıyla bağlıdır. Baxmayaraq ki, Fransa ən böyük beynəlxalq silah ixracatçısıdır. Buna görə də fransızlar imtinanı gəmiqayırma və dənizçilik siyasətlərinə anqlosakson zərbəsi kimi qəbul edirlər. Pul və iş yerlərinin itkisindən danışmaq belə artıqdır”, - deyə Valday klubunun proqram direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Oleq Barabanov bildirib.
 
Onun sözlərinə görə, Fransa-Avstraliya müqaviləsinin pozulması qərarı heç də birdən-birə ortaya çıxmayıb, bu, G20 sammitində ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən müzakirə edilmişdi. Ekspert qeyd edir ki, eyni zamanda Fransa prezidenti Emmanuel Makron bu tədbirə də dəvət edilməmişdi.
 
“Bu, şəxsən Makron üçün zərbə oldu. Axı o, anqlosaksonlarla hər cür əməkdaşlıq etməyə meylli bir siyasətçidir və bunu gözləmirdi. Amma buna ittifaqda inam böhranı deməzdim. Anqlosaksonları heç vaxt fransızlarla etibarlı münasibətlər birləşdirməyib və indi Fransaya sadəcə, yerini göstərdilər”, - deyə Rusiya Dövlət Humanitar Universitetinin dosenti, politoloq Vadim Truxaçev bildirib.
 
Bununla da bəzi Avropa ölkələri Avstraliyadan nümunə götürdülər. “Üstəlik hətta İsveçrə və Belçika da Amerika ilə hərbi müqavilələri Fransa ilə müqavilədən üstün tutdular. Makonu onun özünün nisbi də olsa, “amerikameylliyi” ilə barmağa doladılar. Yəqin ki, ABŞ-la dialoqa daha az meylli və daha təcrübəli bir Fransa prezidenti bu cür riskləri əvvəlcədən hesablayardı”, - deyə Truxaçev izah edib.
 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunn professoru Oleq Barabanov hesab edir ki, bu mərhələdə NATO-da parçalanmaya səbəb ola biləcək dərin ziddiyyətlər yoxdur. Xüsusilə bu, Ağ Evin rəhbəri Cozef Baydenin Aİ və Fransanı öz layihələrinə fəal üzv kimi cəlb etmək siyasətindən və planlarından irəli gəlir.
 
“Sakit okeanda, AUCUS çərçivəsində Amerika Birləşmiş Ştatları Fransaya deyil, Çinə qarşı çıxış edir. Avstraliyanın da narahatlıqları  Çinlə bağlıdır” - deyən ekspert İngiltərənin Aİ-dən çıxdıqdan sonra özünü müstəqil qlobal oyunçu kimi göstərməyə çalışdığını və buna görə də bu yeni ittifaqda iştirak etdiyini söyləyib: “Yəni ABŞ-ın Sakit okean siyasətinin güclənməsi mübahisəsizdir, lakin bu, özlüyündə Vaşinqtonun Avropa siyasətində fəallığını inkar etmir. Təsadüfi deyil ki, Bayden Trampın siyasəti nəticəsində Aİ ilə ABŞ arasında yaranan çatları aktiv şəkildə yumşalttmağa çalışır”.
 
Fransa siyasətçilərinin və medianın həyəcanını izah edən və onları təşkilatdan çıxmaq məsələsini qaldırmağa vadar edən başqa bir səbəb də var: 2022-ci ilin yazında respublikada prezident seçkiləri keçiriləcək.
 
Artıq ölkədə sərt seçkiqabağı kampaniya başlayıb. Makron da daxil olmaqla, bütün siyasətçilər bu şəraitdə NATO və Amerika əleyhinə ritorikalardan istifadə edə bilərlər. Ancaq çox güman ki, NATO strukturlarından çıxmaq üçün iş ritorikadan real prosedurlara keçməyəcək”, - deyə Barabanov bildirib.
 
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 10-10-2021, 09:27
Xəbəri paylaş





Xəbər lenti