Sərdar Cəlaloğlu: “Azərbaycan İsrailə qaz verir, əvəzində silah alır, əcəb edir...”



“İran bəyanat verir ki, sərhəddə İsrail dövlətini görmək istəmir. Səninlə həmsərhəd olan dövlətlərdə İsrailin səfirliyi var. Zəif elə bizi görmüsünüz?”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
 
“İsraillə Türkiyənin münasibəti daha gərgindir, nəinki İranla İsrailin. Bilirsiniz ki, Türkiyə İsraillə müharibə vəziyyətindədir. Bəs qardaş Türkiyə dövləti Azərbaycana niyə demir ki, İsraillə əlaqələrini kəs?! Belə çıxır ki, İran Azərbaycanın İsraildən silah alıb erməninin üzərinə getməsinə dözə bilmir. Dünyanın ən bahalı silahını alacağam, özümü qoruyacağam, sənə dəxli var? Baxın, Azərbaycanın xaricə ixrac etdiyi qazın 40 faizini İsrail alır. Bizim belə nəhəng ticarət dövriyyəmiz var. İsrailə qaz veririk, əvəzində silah alırıq, əcəb edirik. İran isə Ermənistana qaz satmır, vətəndaşlarının pulları hesabına yardım edir. Bizim onların işinə qarışmadığımız kimi onlar da bizim işimizə qarışmamalıdırlar” – S.Cəlaloğlu qeyd edib.
Tarix: 12-10-2021, 08:51
Xəbəri paylaş





Xəbər lenti