RUSİYANIN ƏRAZİSİ, ƏHALİSİ VƏ İQTİSADİYYATI



Gözlər bu dəfə Ukraynaya dikilib. Müharibələr hər zaman yeni ərazilər və genişlənən iqtisadiyyat deməkdir. Rusiyanın ərazisi kiçikdirmi? Bu ərazilər Rusiyaya niyə azlıq etsin ki?
Dünyanın quru sahəsinin (148,9 mln.kv km) 12 faizi Rusiyanın (17 mln. kv km) payına düşür. Çinin ( 9,4 mln. kv km) və ABŞ-ın (9,1 mln.kv km) birgə quru ərazisinə yaxın bir ərazisi var. Rusiyanın bu qədər ərazisi olduğu halda cəmi ÜDM-i 1,7 trilyon dollardır. ABŞ-ınkı 22,9 trln. dollardır. Rusiyanın dövlət büdcəsi 320 mlrd. dollardır. Təkcə Pentaqonun (ABŞ) hərbi büdcəsi 705 mlrd. dollardır.
Rusiyanın 145 milyon nəfərlik əhalisi və bu qədər geniş ərazisi olan ölkə cəmi 620 mlrd. dollarlıq ehtiyatı var. 2021-ci ildə Rusiya 490 mlrd. dollarlıq ixrac həyata keçirib. Bunun isə 49 faizini neft və neft (110 mlrd. dollarlıq) məhsulları təşkil edib. Bu qədər geniş ərazisi və əhalisi üçün bu olduqca aşağı göstəriciyə malik makroiqtisadi göstəricilərdir.
Rusiyanın qonşu dövlətlərin ərazilərində “gözünün” olması və siyasi iddiaları onun bir dövlət olaraq əhalisinin sosial vəziyyəti ilə məşğul olmasını arxa plana keçirib.
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı
Tarix: 2-02-2022, 08:41
Xəbəri paylaş





Xəbər lenti