Dövlət başçısından SOCAR-la bağlı fərman: İki birinci vitse-prezidenti olacaq



Prezident İlham Əliyev ““Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imazlayıb.
 
Pravda.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq.
 
Qeyd edək ki, şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir.
Tarix: 10-02-2022, 16:01
Xəbəri paylaş





Xəbər lenti