Amerikalılar Azərbaycan əleyhinə yeni "beşinci kolon" hazırlayır




Son həftələr Azərbaycan isteblişmentində siyasi hakimiyyətə mahiyyəti etibarilə kulminasiya anında  həlledici zərbə vuran “beşinci kolon”la bağlı frankoçu hekayət geniş yayılıb.  Söhbət paritet xarici siyasəti ilə sərf etməyən hakimiyyətin devrilməsindən gedir.  Azərbaycanın ən yeni tarixinin səhifələri, xüsusən də prezident İlham Əliyevin idarəçiliyi dövrü siyasi-iqtisadi ekspansionizmə sərf etməyən hakimiyyətin dəyişdirilməsi üçün çoxsaylı cəhdlərlə zəngindir.  Dəqiqləşdirək - “kollektiv Qərb”in ekspansionizmi. İlham Əliyevin 17 illik hakimiyyətinə ötəri baxış Qərbin yeganə məqsədlə - hakimiyyətin gözdən salınması, rəngli inqilabların təşkil olunması, çoxsəviyyəli narazı elektoratın formalaşdırılması üçün ardıcıl və sistemli fəaliyyətinin həyata keçirdiyini təsdiqləyir...   Azərbaycanın çaşdırılmış ictimai rəyi “Ukrayna böhranı”nın böyüdüyü və dərinləşdiyi günlərdə əsl xarici təhlükəni unutmamalıdır.

2003-cü ildəki bu iğtişaşların arxasında kim dayanırdı? Əlbəttə, Qərb...
Yalnız faktlar və başqa heç nə
2003-cü ildəki qiyam cəhdinin və 2005-ci ildəki narıncı inqilabın arxasında kim dayanırdı? Kim hakim sinfi parçalamağa və onun narazı (ələ alınmış) hissəsinin Qərb QHT-lərində yetişdirilmiş inqilabçı kütlələrlə konsolidasiyasına nail olmağa çalışırdı? Kollektiv Qərb.
Kim internet dövrünün yeni başlayan virtual təşkilatlar və sosial şəbəkələr formasiyası ərəfəsində inqilabi çıxışlar ideyasını bəsləyir, internet-dissidentlər və bloqerlər ordusu formalaşdırırdı?  Xüsusi xidmət orqanlarının himayə etdiyi və dövlətlər tərəfindən maliyyələşdirilən Qərb QHT-ləri.
Kim idarə olunan xaosu və tarixi kataklizmləri bütün dünyaya yaymaqla “ərəb baharı”nın sərhədlərini genişləndirirdi? Kim alovunda özünütəmin edən dövlətlərin külə çevrildiyi tonqalları qalayırdı? Əlbəttə, kollektiv Qərb.
Azərbaycanda 2013-cü ildə "feysbuk inqilabı"nı kim hazırlamışdı? 2015-ci ildə Bakıda siyasi sabitliyi hər yolla pozmağa kim cəhd edirdi? Yenə də Qərb və məhz Qərb vətəndaş cəmiyyəti pərdəsi altında nüfuz agentləri institutunun bərpası üçün cəhdlərdən əl çəkmirdi. Azərbaycan hakimiyyəti 2013-cü ildəki taleyüklü seçkilər ərəfəsində paytaxtın mərkəzi küçələrində inqilabi dalğanın artan zərbəsinin təhlükəsinə əyani əmin oldu, bu dalğanın önündə Qərb QHT-ləri və qərbyönümlü təşkilatların xüsusi filiallarının divarlarında inqilabi liberalizm ruhunda bəslənmiş gənclər gedirdi. Həmin təşkilatların büdcəsi isə Vaşinqton, London, Brüssel, Paris və Berlinin ayırdıqları milyonlardan formalaşırdı.
Avropa İttifaqının, Amerikanın hökumət və qeyri-hökumət fondlarının - USAİD, NED, NDİ, Marshall , Almaniyanın Fridrix Nauman Fondunun və bir çox digər təşkilatların ayırdıqları on milyonlarla, yüz milyonlarla dollar vəsait inqilabi məna daşıyan yeni siyasi təşkilatların, siyasiləşmiş QHT-lərin, ekstremist ədəbiyyatın və gizli mübarizənin digər qeyri-leqal vasitələrinin formalaşdırılmasına xərclənirdi.

2005-ci ildə "narıncı inqilab"ı kim hazırlayırdı? Əlbəttə, Qərb...
Beləliklə, “ərəb baharı”nın qələbə hesabatlarından başlayan qısa dövrdə - 2010-cu ildən 2013-cü ilə qədərki müddətdə Qərb hakimiyyətin sıfırıncı illərdəki narıncı çevrilişlər cəhdindən sonra neytrallaşdıra bildiyi “beşinci kolon”u tamamilə dirçəltməyi və aktiv müqavimətə hazır vəziyyətə gətirməyi bacardı.  “Beşinci kolon”un fəaliyyətinin kulminasiyası isə bilavasitə ABŞ Milli Demokratiya İnstitutunun missiyasının rəhbəri Aleks Qriqoryevsin təşkil etdiyi, avanqardında “NİDA” təşkilatının da yer aldığı  gənclərin qiyamı oldu. Hakimiyyət böyük səylər hesabına kütləvi iğtişaşların və küçə döyüşlərinin qarşısını ala bildi. Sonralar Azərbaycanın istintaq orqanları sübuta yetirdi ki, inqilabi qiyam amerikalıların pulları ilə hazırlanmışdı:  Milli demokratiya İnstitutu iğtişaşların təşkilinə 2 milyon dollardan çox vəsait ayırmışdı.
Təsir əks-təsir yaradır
Azərbaycanın daxilində vəziyyətin sabitliyinin pozulması Qərb KİV-lərinin rəsmi Bakıya qarşı geniş hücumu ilə müşayiət olunurdu. Qərbin siyasi texnologiya mərkəzləri Azərbaycan hökumətini nüfuzdan salmaq üçün xüsusi model işləyib hazırlayaraq hücumlarını Bakıda keçirilən və Qərb ölkələrində populyar olan Eurovision gənclər festivalı, daha sonra isə ilk Avropa oyunları ərəfəsində təşkil edirdilər. İctimai rəyə xaosun dibinə yuvarlanan Yaxın Şərq ölkələri ilə  “Azərbaycandakı anti-xalq və despotik rejim”in paraleli sırınırdı. İctimai şüura fəal şəkildə Azərbaycan hakimiyyətinin iflası və düşüşünün qaçılmazlığı yeridilirdi.  Və kütləvi təbliğatın mərkəzində aparıcı transmilli QHT-lərin özəyi dayanırdı - Azərbaycanda inqilab dünya (oxu - Qərb) gündəliyində prioritet mövqe tuturdu.
Nəhəng səylər və böyük imic məsrəfləri hesabına Azərbaycan hakimiyyəti rəngli inqilabların hərəkətverici qüvvəsinin mexanizmini - Qərb QHT-lərinin formalaşdırdığı “beşinci kolon”un maliyyə sistemini, təşkilatlanmasını və aktivləşməsini önləyə bildi. Rəsmi Bakı xarici müdaxilənin potensial imkanlarını məhdudlaşdırmaq üçün ifrat  tədbirə əl atmalı oldu - Qərb QHT-lərini ölkədən çıxardı və hüquqi prosedurları mürəkkəbləşdirməklə qrantların alınması üzərində nəzarəti gücləndirdi. Ancaq Qərb hökumətləri, xüsusi xidmət orqanları və QHT-lər narazı qüvvələrin maliyyələşdirilməsinin yeni metodologiyasına əl atdılar.

2013-cü ildə "feysbuk" inqilabını kim hazırlamışdı? Əlbəttə, Qərb...
Əksər müxalifət QHT-ləri və onlarla əlaqəli olan qeyri-formal təşkilatlar 2015-ci ildəki uğursuzluqdan sonra özlərinin fəaliyyət mərkəzini Tbilisiyə köçürdü. Gizli fəaliyyətin maliyyələşməsi qeyri-leqal yolla, nəğd valyuta vəsaitlərinin Azərbaycan-Gürcüstan sərhədindən daşınması ilə həyata keçirilirdi. Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə xüsusi əməliyyatı maliyyələşmənin yeni qeyri-leqal mexanizmini aşkarladı və bu, QHT şəbəkəsinin Tbilisidən Qərb ölkələrinə köçürülməsi, kütləvi həbslər, eyni gizli sxemin neytrallaşması ilə nəticələndi.
Qərb QHT-lərinin fəaliyyətinin qadağan olunması və inqilabçı-liberal layihələrin maliyyələşməsinə qarşı fəal mübarizə sayəsində Bakıda çoxillik siyasi sakitlik bərqərar oldu.  Siyasi mübarizə əvvəlki nüfuzlarını itirmiş marginal “cəbhəçilər” və onların tərəfdarları istisna olmaqla, fərqli və hətta antaqonist qüvvələrin dinc və nisbətən sivil parlament müstəvisinə daşındı. Çeşidli şəbəkə tənqidi fonunda Kərimlinin movetonu itib batdı.
Qarışıq dövr və bulanıq proqram
Ancaq görünür Qarabağ müharibəsindən sonra yetərincə güclənən Azərbaycandakı siyasi ab-hava Cənubi Qafqazdakı maraqların və mövqelərin gücləndirilməsi ilə bağlı Qərbin hazırladığı strategiya ilə ziddiyyət təşkil edir. Bunu ABŞ-ın aparıcı QHT-si olan, postsovet məkanda daha çox mistik  NED abbreviaturası ilə tanınan Milli Demokratiya Fondunun sonuncu hesabatı da təsdiqləyir.  ABŞ xüsusi xidməti tərəfindən Soyuq müharibənin “Qızıl əsri”ndə yaradılmış bu təşkilat qarşısına dünyada demokratiyanın yayılması kimi xoşməramlı və humanist məqsəd qoyduğunu bəyan edir. Əslində isə XXI  əsrin ximerasına - idarə olunan xaosa xidmət edir.  Və ABŞ Konqresi tərəfindən maliyyələşir. Məhz NED Soros institutları ilə birlikdə “Ukrayna iğtişaşı”, “Ermənistan qarışıqlığı”, “Qırğızıstan parlament inqilabı”, “Yaxın Şərq apokalipsisi” kimi proseslərin maliyyələşdirilməsinə cəlb olunub.
haqqin.az saytının məlumatına görə, NED Azərbaycan hakimiyyəti əleyhinə təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb. Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin  fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb.

NED ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən "soyuq müharibə" dövründə yaradılıb, Azərbaycanda "dağıtma strategiyası" vasitəsilə etirazçı qüvvələri oyatmağa çalışır...
Diqqət edin, təkcə “korrupsiya və insan haqlarının pozulması sahəsində hesabatların təbliği” üçün fond  75 375 dollar ayırır. Və bu təbliğat üçün xəbər saytının yaradılması nəzərdə tutulur. Bu məqsədə 100 min dollara yaxın pul ayrılır. İnsan haqlarının pozulmasının xüsusi monitorinqinin aparılması planlaşdırılır.  Bunun üçün 62 min dollar nəzərdə tutulur. Tenderlər zamanı korrupsiyanın ifşası və təbliği tövsiyə edilir - 45 500 dollar bu işə ayrılır. “Elitar korrupsiya” da sənədləşdirilməlidir - 68 650 dollar.  Və bilgilər xüsusi “xəbərlər aqreqatoru”nda tirajlanmalıdır - 34 028 dollar. Müxalif mediaya yardım - 156 538 dollar. Daha sonra - gənc alimlərin demokratiya sahəsində tədqiqatlara cəlb edilməsi  - 90 min dollar.  Vətəndaş şüurunun inkişafı - 100 min dollar.  Bu vaxt yeni şəbəkəyə və hücrələrə gənc hüquqşünasları cəlb etməli, həmçinin hüquqi müdafiəni həvəsləndirməli - 26 345 və 28 117 dollar.  Bölgələr də unudulmayıb - 49 675 dollar.  Bölgələrdə də korrupsiya faktları sənədləşdirilir  - 31 550 dollar. Və yerlərdə problemlərin həlli üçün  - 45 677 dollar.  Və yeni imkanların yaradılması  - 60 070 dollar…
NED bulanıq məqsədli uzunmüddətli proqrama ümumilikdə 1 milyon dollara yaxın vəsait ayırır. Ancaq bu, yalnız aysberqin zirvəsidir.  Hakimiyyət mənbələrindən alınan məlumata görə, amerikalılar  etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür,  “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və anti-xalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini və ideya-siyasi əsasını hazırlamağa çalışır.
Amerikanlar yeni, daha işlək və effektiv platformanı formalaşdırlmaq məqsədini güdür, bunu hazırkı deqradasiyaya uğramış müxalif qüvvələrin Azərbaycan hakimiyyəti ilə mübarizədə və müqavimət göstərməkdə tamamilə qabiliyyətsiz vəziyyətdə olduğuna dair nəticələr də təsdiqləyir.  Üstəlik “yeni təxribat strategiyası”nda qırmızı xətlə vətəndaş hərəkatına yeni nəslin cəlb edilməsinin zəruriliyi barədə fikir keçir.

Gənclərlə görüşündə İlham Əliyev permanent "rəngli inqilabların" təhdid və çağırışları haqda danışdı
İlham Əliyev hədəfə vurur
Maraqlı təsadüfdür:  bir neçə gün əvvəl, fevralın 2-də prezident İlham Əliyev gənclərlə görüşündə ətraflı şəkildə rəng inqilabları, qiyam və çevriliş cəhdləri ilə bağlı potensial təhdid və çağırışlardan, Azərbaycan gəncliyinin yeni xaos prosesinə cəlb olunması təhlükəsindən bəhs etdi.
Prezident haqlı olaraq bildirdi ki, dağıdıcı, inqilabi proseslərin yaranması üçün şərait yoxdur.  Bununla belə xarici qüvvələrin müdaxilə cəhdlərini davam etdirdiklərini də vurğuladı. Əliyev  nəhəng siyasi və iqtisadi nailiyyətlərə - Qarabağın azad olunmasına, idarəçilikdə islahatlara, elitaların əvəzlənməsinə və yeni iqtisadi siyasətə - baxmayaraq davam edən iftiralardan narahatlığını da gizlətmədi…
Bəlkə İlham Əliyev öz nitqində qərbyönümlü vətəndaş cəmiyyətinin hücrələrinin yaradılması və sabitliyinin pozulmasına yönəlmiş yeni strategiyanı nəzərdə tuturdu? Axı NED-in açıqladığı proqramda suallar və aydın olmayanlar çoxdur.  Qəribədir, ABŞ təşkilatının «Azərbaycan-2021» formatında təqdim olunan proqramında 2022-ci il üçün siyasi və vətəndaş məsələləri anons edilib. Amerikalılar artıq icra etdikləri proqramdan danışırlar, yoxsa söhbət gələcək planlardan gedir?  Əgər bu, artıq yerinə yetirilmiş proqramdırsa, niyə məhz indi, 2022-ci ildə açıqlanır?  Vəsaitlər kimlərə çatıb və niyə NED qrant alanların siyahısını, habelə görülmüş işlərin nəticələrini açıqlamır? Harada və hansı bölgələrdə hücrələr və təşkilatlar yaradılıb? Və niyə amerikalılar bu dərəcədə məxfi şəkildə vəsait ayırırlar və Azərbaycan ərazisində şübhəli fəaliyyətlərini bu qədər gizli həyata keçirirlər? Bəlkə maliyyə başqa məqsədlər üçün digər siyasi təşkilatlara ayrılıb, proqram isə iz itirmək üçün formal xarakter daşıyır?
Hakimiyyətdəki mənbələrin məlumatına görə,  söhbət təşkilatın məhz 2022-ci il planlarından gedir. Xüsusi şübhə isə qrant (maliyyə) yardımının təcili təqdim edilməsinin mümkünlüyü ilə bağlı maddə doğurur.  Amerikalıları bu cür tələsməyə nə vadar edir və niyə fors-major məqsədlərə maliyyə ayırmaq lazımdır? 2022-ci ilin ilk yarısında hansı təxirəsalınmaz tədbirlər planlaşdırılıb?  Doğrudanmı, vəziyyəti artıq bu il sarsıtmaq istəyirlər?  Qəribə təsadüfdür ki, marginal müxalifət uzun müddətli mürgüdən ayılaraq fevralın əvvəlindən ilk etiraz mitinqini keçirmək üçün səbəblər axtarışındadır. Vətəndaş cəmiyyətinin və yeni hücrələrin maliyyələşməsi proqramının sistemdən kənar müxalifətin fəallaşması ilə hansı bağlılığı var?
Daha bir dəqiq məlumat diqqətə alınmalıdır. Amerika pulları Gürcüstanda nəğdləşdirilir və oradan Bakıdakı müxalifətçilərə daşınır.  Yeni sui-qəsd?  Xüsusi xidmət və hüquq-mühafizə orqanları təcili araşdırmalıdırlar…
Müəllif: Eynulla Fətullayev
Tarix: 14-02-2022, 10:45
Xəbəri paylaş





Xəbər lenti