"Rusiyaya xidmət edən “5-ci kolon” mütləq neytrallaşdırılmalıdır"



"Bəzi “media kapitanları”, qurumları rusca və azərbaycanca məqalələr yazmaqla Ramiz Mehdiyevin müdafiəsinə, hədəfi yayındırmağa, onillərdir çox gözəl işləyən “iqtidar-müxalifət ittifaqını” qorumağa, ən əsası, Rusiyanın maraqlarını müdafiə etməyə çalışırlar. Əsas rupor kimi rusdilli media təyin edilib".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.


O, hədəfləri açıqlayıb: "Çox sadədir: 1) Ölkədə nəsə baş versə, bunun altında “ruspərəstlərin” deyil, Qərbin barmağının olmasını sübut etmək üçün fikir formalaşdırmaq, 2) Azərbaycan ilə AB arasında kəskin yaxşılaşan münasibətləri baltalamaq və bu il Azərbaycan – AB sazişinin imzalanmasına zərbə vurmaq, Azərbaycan ilə ABŞ, ümumən Qərb arasında yeni mərhələnin açılması şansını sabotaj etmək, 3) İllərdir hakimiyyətin ikinci şəxsi, daxili siyasətin əsas dizayneri olan Mehdiyevlə ilə birbaşa bağlı olan, onun vasitəsi ilə Rusiyanın maraqlarına xidmət edən, 2013-cü ildə “milyarderlər İttifaqı” və müxtəlif şuralarla Kremlin təzyiq alətinə çevrilən “müxalifəti” xilas etmək, onların “sifətini” qorumaq, Mehdiyevlə bağlantılarını gizlətmək, onları zorla Qərbə bağlamaqdır. Çox iyrənc oyun qurmağa cəhdlər var, amma Kremlin aqressivliyinin artması fonunda illərdir onların maraqlarına xidmət edənlərin ifşa olunması üçün unikal şans da yaranıb – bu şansı qaçırmaq olmaz. Hakimiyyət daxilində və onların illərdir, “müxalifət” kimi sırıdıqları arasında Rusiyaya xidmət edən “5-ci kolon” mütləq neytrallaşdırılmalıdır. Çünki iş böyük və uzunmüddətli Qərb-Rusiya qarşıdurmasına, yeni “dəmir pərdənin” yaranmasına doğru gedir. Bu vəziyyətdə ölkə daxilində sağlam siyasi təməllərin, münasibətlərin yaranması olmazsa-olmazdır, bütün çirkli oyunlar işfa edilməli, son günlər, “Qərb Azərbaycanda inqilab edəcək”, isteriyasını qəsdən yayanlar, bununla da Kremlin maraqlarına birbaşa xidmət edənlər gün işığına çıxarılmalıdır. Heç də təsadüfi deyil ki, bu isterika, yeni “ramizovşina” məhz Şuşa Bəyənnaməsinin hər iki ölkə parlamneti tərəfindən təsdiqlənməsi, hər iki ölkə Prezidenti tərəfindən imzalanmasından sonra geniş vüsət aldı. Azərbaycan-Türkiyə münasibəıtlərinin dərinləşməsi Kremlin ən yaralı yeridir, buna mane olmaq üçün həmişə çalışıb, bundan sonra da çalışacaq, çünki Azərbaycan-Türkiyə münasibətləri həm də ölkənin Qərblə, NATO ilə münasibətləri deməkdir..."
Tarix: 14-02-2022, 17:13
Xəbəri paylaş





Xəbər lenti