"Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir?"


"Müharibədən sonra illərlə işğal altında saxladığı əraziləri itirən Ermənistan hazırda YUNESCO-nun Qarabağa nümyəndə heyəti göndərməsini istəyir. Bu məsələdə İrəvana Moskva da dəstək verir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözşüsü Mariya Zaxarova deyib ki, Moskva qısa zamanda YUNESCO-nun Qarabağa heyət göndərməsinə tərəfdardır. İrəvanı anladıq, “Qarabağdakı erməni abidələrinin albanlaşdırılması” adı altında saxta ittihamlarına əsaslanaraq YUNESCO-dan dəstək qazanmağa çalışır. Bəs Moskvanın marağı nədir? Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, bununla Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir?"
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
 
"Torpaqlarımız işğal altında ikən YUNESCO Qarabağda dağıdılan məscidlər, muzeylər və kitabxanalarla maraqlanmadı, ancaq ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verib. Birincisi, beynəlxalq təşkilatın Qarabağa göndəriləcək nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlamalıyıq. Şübhə etmirəm ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmağa çalışacaq. İkincisi, indidən YUNESCO-ya bəyan etməliyik ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir, əks halda nəticələr Azərbaycan tərəfindən tanınmayacaq" - o qeyd edib.
Tarix: 16-02-2022, 09:13
Xəbəri paylaş





Xəbər lenti