Avropa Birliyi Rusiya və Çinlə ideoloji qarşıdurmanın başlandığını bəyan etdi



Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Qərbin Rusiya və Çinin timsalında yeni ittifaqla ideoloji qarşdırumaya başladığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Təhlükəsizlik üzrə Münhen konfransında bəyan edib.
Borrelin sözlərinə görə, bu gün iki düşərgə arasında insan hüquqları və milli suverenlik məsələri ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
“Keçən il pandemiya ilə necə mübarizə aparmaqla bağlı yaranan konsepsiyaların qarşıdurması beynəlxalq dünya düzəninin mahiyyəti ilə bağlı münaqişəyə çevrildi. Bu toqquşmanın ən mühüm elementlərindən biri də fevralın 4-də Rusiya və Çinin birgə bəyanatıdır. Bu, bəyanat uzunmüddətli kampaniyanın, mövcud dünya düzəninin rədd edilməsi və onun yenidən müəyyənləşdirilməsi üçün təftişçi manifestin kulminasiya nöqtəsidir”,-deyə Borrel bildirib.
AB rəsmisinə görə, Moskva və Pekin “suveren dövlətləri xarici qüvvələrin müdaxiləsindən qorumaq” bəhanəsi ilə əslində “demokratiyaya yenidən baxılması”nı əsas məqsəd olaraq müəyyən ediblər. Josep Boreel bunu dövlətin suverenliyini “azadlıqdan, insanların və xalqın hüquqlarından” üstün tutmaq üçün “avtoritar cəhd” adlandırıb.
Tarix: 21-02-2022, 09:54
Xəbəri paylaş





Xəbər lenti