Azərbaycan və Rusiya: "müttəfiqlik" müqaviləsi mümkündürmü?


Rusiya mətbatının Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin gözlənən Moskva görüşü öncəsi iki dövlət arasında "müttəfiqlik" sazişinin mümkünlüyü barədə məlumatı narahat edici müzakirələrə səbəb olub. Əvvəla onu qeyd edim ki, Azərbaycan və Rusiya arasında "müttəfiqıik" sazişinin imzalanması heç də inandırıcı görünmür. Ona görə ki, belə bir müqavilə faktiki "müttəfiqlik" yox, "asılılıq" boyunduruğuna çevrilə bilər.
Digər tərəfdən nəzərə alaq ki, Türkiyə və Azərbsycan arasında imzalanmış " Şuşa Bəyannaməsi" hər iki dövlət tərəfindən ratifikasiya edilərək beynəlxal hüquqi sənəd statusu alıb və həmin "Suşa Bəyannaməsi"nə əsasən Türkiyə və Azərbaycan öz xarici siyasətini birgə müəyyən etməli, Təhlükəsizlik Şuraları bir başa koordinadiyalı şəkildə fəaliyyət göstərməlidir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyə ilə eyni məxrəcə gəlmədən Rusiya ilə "müttəfiqlik" müqaviləsi bağlaya bilməz.

Əgər Rusiya və Azərbaycan arasında "müttəfiqlik" müaaviləsi bağlanarsa, deməli prosesdə Türkiyə də iştirak edir və bu prosesin davamı var. Mümkün senarilərdən biri də odur ki, Türkiyə də Rusiya ilə bu və digər formada "müttəfiqlik"  müqaviləsi bağlayacaq və hətta sonra Türkiyə NATO ilə münasibətlərini tam konktetləşdirə bilər.

Düşünürəm ki, Azərbaycan və Rusiya arasında "müttəfiqlik" müqaviləsi imzalanarsa Beynəlxalq siyasi arenada siyasi aktiv proseslərin şahidi olacayıq. Digər tərəfdən, əgər sözü gedən müqavilə imzalanarsa deməli regional səviyədə də çox vacib proselər gedəcək. Azərbaycan Xankəndində öz bayrağını asaraq separatistlərin həbsinə başlayacaq. Azərbaycan Baş Prokurorluğunun Araik Arutunyanın bəbsi barədə verdiyi anons da proseslərin tərkib hissəsi kimi reallaşa bilər.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas

Siam.az
Tarix: 21-02-2022, 20:47
Xəbəri paylaş





Xəbər lenti