Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq

Fevralın 22-də Vladimir Putinlə Rusiyada rəsmi səfərdə olacaq Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar olacaq, Kremlin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsinin gedişi nəzərdən keçiriləcək.
Danışıqların yekunlarına əsasən Rusiya və Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldəcək müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq.
Contact.az
Tarix: 22-02-2022, 09:24
Xəbəri paylaş





Xəbər lenti