“Dünya kritik və tarixi mərhələdən keçir...” - ŞƏRH



“Bayden hökumətinin əsas uğuru budur ki, Avropa Birliyi ilə Asiyadakı müttəfiqlərini (Yaponiya, Tayvan, Sinqapur) bu məsələdə öz ətrafında birləşdirməyə nail olub. Bu, çox güclü və çox geniş demokratik koalisiyadır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
 
Ş.Cəfərli qeyd edib ki, xüsusən Tayvan dünyadakı əsas çip (mikrosxem) istehsalçısı olaraq kritik önəmə sahibdir: “Rusiyanı bütün müasir texnoloji məhsullarda, o cümlədən hərbi sənayedə istifadə olunan çiplərdən məhrum edərək orta əsrlərə qaytarmaq nəzərdə tutulur. Hələlik hazırlanmış sanksiya paketinin ilk mərhələsi tətbiq olunub. Amma rusiyalı bəzi yüksək vəzifəli məmurların uşaqlarının, hətta ЦСКА futbol klubunun hədəf alınması maraqlı detaldır. Rusiyanın Qərb maliyyə bazarlarından təcrid edilməsi və Merkel-Putin cütlüyünün "Şimal axını-2" layihəsinin dayandırılması ilk mərhələnin ən önəmli qərarıdır. Sonrakılar (vəziyyətdən asılı olaraq) daha sərt olacaq. Bu arada, Zelenski rezervistləri orduya çağırdı. Hərbi büdcə artırılır. Bu gün Putin faktiki olaraq Ukraynanın bir dövlət kimi ləğv olunması tələbini qoydu. Ukrayna müqavimət göstərəcək və döyüşsüz heç bir yerdən çəkilməyəcək. Dünya kritik və tarixi mərhələdən keçir...
Siam.az
Tarix: 23-02-2022, 07:55
Xəbəri paylaş





Xəbər lenti