Dünya nəhənglərinin Ukrayna oyunu... Ukrayna bu vəziyyətdən necə çıxacaq?

Rusiyanın öz taleyi necə olacaq?

Rusiya Ukraynaya təcavüz etməklə hərbi qələbə qazana bilsə də belə, özü özünün məhv etmə proqramını işə salmış oldu. Rusiya kimi bir nəhıng imperiyanın məhvi ancaq daxildən mümkündür və bu proses dayanmaz şəkildə işə düşdü.  Sözsüz ki, Rusiyanın Ukrayna təcavüzü Rusiya-Ukrayna qarşıdurmasının nəticəsi deyil, müharibə Qərb(NATO)-Rusiya qarşıdurmasının nıticəsidir, sadəcə bu qarşıdurma hərbi formada Ukrayna ərazisində aparılır. Əgər Qərb Ukraynanı tapdaq altına çevirməyi, onu bu vəziyyətə salmaq istəməsəydi Rusiyaya lazım olan "NATO-nun genişlənməməsi və təhlükəsizlik qarantiyasını" vermiş olardı. Qərb öz istəklərini reallaşdırmaq üçün Ukrayna ilə Rusiyanı yoxlama etdi. Həmişəki kimi, Qərb öz vədlərinə əməl etmədən Ukraynanı meydanda tək qoyub aldatdılar necə ki, 1994-cü ildə Qərb və Rusiya Ukraynanı nüvə slahı arsenalından imtinası müqabilində təhlükəsizlik qarantiyası vermişdi, yenə də Ukrayna aldadıldı. Bu faciədə Rusiya ilə bərabər Qərb də günahkardır. Rusiya yaranışından bu ana kimi, işğalçılıq mahiyyətindın əl çəkməyib-bu bir aksiomadır.  Qərb  Rusiyanı quduzlaşdırmaqla və Ukrsynanı qurbana çevirməklə illər öncə polittexnoloqların hazırladığı plan üzrə hərəkət edir. Rusiya da bu tələyə düşmüş oldu. Artıq Putin hakimiyyətinin və siyasətinin sonu və ardınca isə özünün imperiya kimi məhvi prosesi başlayıb. Rusiya daxilində yarıdan çox  əhalinin müharibə əleyhinə olması, mitinqlər, həbslər, rus oliqarxlarının etirazı Putini həyacanlandırıb və dünən gecə iş adamları ilə görüşü Putin həyacanının əsaslı və yüksək olduğunu göstərdi. Qərb istəyinə çatıb...  Səssiz-səmirsiz, Rusiya Qərbin "Ukrayna tələsinə" düşdü və salamat çıxması da çətin görünür. Rusiyada Putin hakumiyətinin sonunu daha tezləşdirə biləcək və Ukraynanın psixaloji və bəlkə də fiziki qələbəsini qazanmaq üçün imkanları tükənmətib, Kiyevin süqutunu əngələmək, müharibəni uzatmaq və imkan daxilində müharibəni Rusiya ərazisində hiss etdirmək kimi, şərtlər müharibənin yekun nəticəsini dəyişə bilər.  Rusiyanın sürətli işğal planı iflasa uğradı, Ukrayna xalqının növbəti hədəfi müharibənin gedişini uzatmaqla, dünyada Rusiya kimi imperiyaya qarşı duruş gətirdiyini və bəlkə də şəri bitirə biləcək  bir xalq olaraq adını tarixə yaza bilər. Ukrayna öz timsalında rus əsarətinə düçar olmuş xalqlar üçün də vuruşur təəsüf ki, Ukraynanı şərlə savaşda biz də qarışıq bütün dünya tək qoyub... 


Siam.az
Tarix: 25-02-2022, 15:43
Xəbəri paylaş





Xəbər lenti