KİPR DƏ “HƏ” DEDİ – Rusiyanın SWIFT-dən ayrılmasını istəməyən cəmi iki ölkə qaldı



 Rusiyanın SWIFT-dən ayrılmasına tərəfdar olan əsas ölkələrin sayı getdikcə artır.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Putinin Ukraynanı işğal cəhdinə cavab olaraq Rusiyaya qarşı tətbiq edilə biləcək sanksiyaların sırasında ən təsirlisi hesab olunan SWIFT-dən kənarlaşdırmanın əleyhinə olan Kipr də bu addıma razılıq verib.

Bundan öncə isə İtaliyanın Baş naziri Mario Draqi Volodimir Zelenski ilə telefon söhbətində sözügedən qərara tərəfdar olduğunu bildirib.
Xarici KİV-lər bildirir ki, beləliklə də Rusiyanın SWIFT-dən ayrılmasının əleyhinə olan cəmi iki dövlət qalır – Almaniya və Macarıstan.
Tarix: 26-02-2022, 14:53
Xəbəri paylaş





Xəbər lenti