Yer üzərində Altaydakı bunkerdən daha doğma yer olmayacağını anlamaq NƏ DEMƏKDİR...

AYer üzərində Altaydakı bunkerdən daha doğma yer olmayacağını anlamaq NƏ DEMƏKDİR...
Siam.az Moderator.az-a istinadən  rusiyalı yazıçı və publisist Viktor Şenderoviçin düşüncələrini təqdim edir:
 
İndi təsəvvür edin, o, özünü necə hiss edir. Masa üzərinə içərisində şorba olan boşqabı qoyan hər kəsin gözlərinə baxmaq.
 
Kimsənin hər hansı qaşığa və ya tuman-köynəyə əvvəllər Navalnı üçün nəzərdə tutulan rəngsiz zibillin çəkilməsi şübhəsi üzərində baş sındırmaq.
 
Gecə mühafizəsinə, məsələn, Zubov soyadında adamın növbəyə çıxmasını düşünmək.
Hər yaxınlaşan hərbçidə polkovnik Ştauffenberqi görmək...
 
Forbes-in bütün siyahısının, özü də rus Forbesinin uzun illərin alçaldılmasına görə sənin ölümünü, imkan daxilində əzablı ölümünü arzulamasını düşünmək.
 
Bütün dünyanın sənin ölümünü ( imkan daxilində tezliklə ölümünü) istəməsini bilmək.
Sənin varlığının hətta öz övladların üçün böyük bəla olduğunu təxmin etmək.
Sənə yaxın olmaq alçaldıcı, həm də təhlükəlidir...
 
Anlamaq ki:
Yer üzərində sənin üçün Altaydakı bunkerdən daha doğma yer yoxdur.
Sən mahiyyətcə yerin altındasan.
Çoxdan bəri iyrənc varlığa çevrilən Şoyqu da məcbur olub səni sata bilər.
İtaətkar Təhlükəsiz Şurası səninlə haqq-hesab çəkməyi arzulayır.
Siçovulların bu gün-sabah gəmilərdən qaçacaq...artıq qaçıblar, sənin bank rekvizitlərini quyruqları ilə döyəcləməkdədir.
Qarşıda səni qəfəs gözlədiyini anlamaq...
 
Qəlbində isə əzablarını ödəyəcək heç nə yoxdur: nə ideya, nə prinsiplər, heç nə!
Sən, sadəcə, şirin həyat istəmisən və bunun necə baş verdiyini özün də anlamırsan.
Nə zaman hakimiyyətin çıxışı olayan iblis tələsinə düşdüyünü də bilmirsən.
Və yuxudan oyananda Drezdendə əllərində pivə bokalı görmək istəyərkən, özünün qocalmış və qırılmış ürəyinlə bunkerdə görürsən...
 
Bütün bunları təsəvvür edin və ona insan kimi yazığınız gəlsin...
 
Növbəti saniyədə isə nəhayət anlayın ki, belə bir vəziyyətdə nüvə zərbəsi endirmək barədə əmr vermək heç qorxulu deyil...

Tarix: 28-02-2022, 17:19
Xəbəri paylaş





Xəbər lenti